Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində də ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkin məlumatlara əsasən, bir neçə avtomobilin iştirakı ilə zəncirvari toqquşma baş verib. Hadisədə “Mercedes”, “Opel”, “Chevrolet” və “VAZ-2106” markalı avtomobillər iştirak edib.
Qəza zamanı “Mercedes” markalı avtomobilin 2004-cü il təvəllüdlü sürücüsü Əkbər Qasımov xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
MUASİRMEDİA.AZ
