Sentyabrın 29-da Azərbaycanın bir sıra bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağışlar leysan xarakterli olub.
Saat 09:00-a olan məlumata əsasən, müxtəlif bölgələrdə yağıntılar qeydə alınıb. Tovuz və Şahbuzda 8 mm, Gədəbəydə 5 mm, Qaxın Sarıbaş kəndində və Balakəndə 4 mm, Zaqatala və Kürdəmirdə isə 3 mm yağıntı düşüb. Bakı və Abşeron yarımadasında da yağıntı qeydə alınıb.
Belə hava şəraitində sürücülərə yollarda diqqətli olmaq, sürəti azaltmaq və ara məsafəsini qorumaq tövsiyə olunur.
MM.AZ
