İspaniya parlamentində hökumətin mənzil tədbirləri rədd edildi

Siyasət

İspaniyanın siyasi gündəmində mənzil məsələsi ciddi müzakirələrə səbəb olub.

İspaniya parlamentinin aşağı palatası hökumətin mənzil böhranı ilə bağlı təqdim etdiyi iki fərman-qanunu rədd edib.

Birinci sənəd 178 əleyhinə, 172 lehinə səslə rədd edilib. İkinci sənəd üzrə isə 184 deputat əleyhinə, 166 deputat lehinə səs verib.

Təkliflər arasında kirayə müqavilələrinin uzadılması, kirayə haqlarının məhdudlaşdırılması, iri investisiya fondlarının mənzil bazarında alış imkanlarına müəyyən məhdudiyyətlər və ev sahibləri ilə kirayəçilər üçün vergi güzəştləri kimi tədbirlər yer alırdı.

Hökumətin mövqeyinə görə, tədbirlər mənzil böhranının təsirlərini azaltmağa yönəlmişdi. Müxalifət isə hökumətin təkliflərini dəstəkləməyib.

Səsvermə İspaniyada mənzil qiymətləri və kirayə haqları ilə bağlı siyasi mübahisələrin daha da kəskinləşməsinə səbəb olub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir