10 oktyabr 1812-ci ildə baş vermiş Aslandüz döyüşü regionun hərbi-siyasi tarixində mühüm hadisələrdən biridir. Döyüş Birinci Rusiya–İran müharibəsi zamanı Rusiya və İran qoşunları arasında baş verib.
Həmin dövrdə Cənubi Qafqaz uğrunda mübarizə regionun siyasi xəritəsinə ciddi təsir göstərirdi. Xanlıqların taleyi, ərazilərə nəzarət və böyük dövlətlərin maraqları bölgədə davamlı qarşıdurmalara səbəb olurdu.
Aslandüz döyüşündə Rusiya qoşunlarının qələbəsi müharibənin gedişinə təsir göstərən hadisələrdən biri oldu. Bu qarşıdurmaların nəticələri sonrakı illərdə Cənubi Qafqazın siyasi vəziyyətinə və Azərbaycan torpaqlarının taleyinə də təsir etdi.
MM.AZ
