Pakistan Talibana qarşı müharibə elan edib

Dünya
Pakistan ordusu Kabil də daxil olmaqla Əfqanıstanın bir sıra şəhərlərinə hava zərbələri endirib.
 Ölkənin Müdafiə Nazirliyi Talibana qarşı açıq müharibənin başladığını elan edib.
Pakistan hökuməti deyir ki, zərbələr nəticəsində azı 133 əfqan silahlı öldürülüb və silah-sursat anbarı məhv edilib.
 Baş nazirin sözçüsü Müşərrəf Zaidi bildirib ki, hücumlar zamanı Talibanın 27 hərbi postu məhv edilib, daha 9 post isə ələ keçirilib. Onun sözlərinə görə, həmçinin 80-dən çox tank, artilleriya qurğusu və zirehli texnika sıradan çıxarılıb.
Talibanın Müdafiə Nazirliyi isə öz növbəsində bəyan edib ki, Pakistanın 19 hərbi postu və iki bazası ələ keçirilib. Nazirliyin açıqlamasına görə, ümumilikdə 55 Pakistan əsgəri öldürülüb.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir