Bakının Bayıl hissəsində Bibiheybət kimi tanınan məscid əslində Zəfər məscididir

DIN
Bakının Bayıl hissəsində Bibiheybət kimi tanınan məscid əslində Zəfər məscididir.
Bu məscidin ərazisində Həkimə adlı uydurulmuş şəxsiyyət deyil,Şirvanşah Aksartanın (Axsitan) xanımı İsmətəddin Xatun dəfn edilmişdir.
Şirvan şahlarını qeyri türk sayan yadlar, baxın və görün ki, 900 il öncə Nizami və Xaqani nə yazmışlar.
Əfzələddin Xaqani Şirvanşah 1-ci Aksartan Xaqanın (Axsitanın) Rusiya donanması üzərində qazandığı möhtəşəm zəfər münasibətilə 3 mədhiyyə yazmışdır.Gürcü mənbələrində Axsitan türk mənşəli söz olan Aksartan kimi keçir.Ağ sartan-şahinlər sinfinə mənsub yırtıcı quş deməkdir.Sartan həm də Cənubi Azərbaycanda yaşayış məskənidir..
Həmin mədhiyyələrin birində Xaqani deyir:
Böyük xaqanimiz Əbülmüzəffər,
Zəfərçalanların önündə gedər.
Xəzran ordusuna qələbə çalmış,
Boynuna Xizərən kəməndi salmış…
Göylər qılıncına göstərdi mədəd,
Fəth oldu əliylə Şəbəran, Dərbənd.
Nizami Gəncəvinin Şirvanşah I-ci Aksartan xaqanın (Axsitan)Rus donanmasını darmadığın etməsi ilə bağlı yazdığı şeir parçası….
Xəzər dağından ta Çinə qədər,
Türklər yayılmış Yerin üzünə.
Türkün gücüylə biz fəqət gerçəkdən,
Tam kəsərik rus ayağını bu yerdən!
Şirvan donanması dəniz savaşında 73 düşmən gəmisini tamamilə məhv etdi. Şimladan ruslar Dərbənd istiqamətində quru hücumları təşkil etdilər.Daxildə üsyanlar çıxarıldı.Aksartan yerli türk və türkmanların dəstəyi ilə üsyanı yatırtdı.Beləlikə düşmənin üzərində həm quruda, həm dənizdə hərbi strateji əhəmiyyət kəsb edən qələbə çalındı.
Mənbə:
ŞİRYANŞAHLAR DÖVLƏTİNDƏ HƏRBİ DƏNİZ KƏŞFİYYATl VƏ RABİTƏNİN HÜQUQİ ƏSASLARI (IX-Xlll ƏSRİ-in əvvəlləri) Samir MƏMMƏDOV, tarix iizrə fəlsəfə doktoru[38, s. 165-180]
Bu qələbə münasibətilə Şirvanşah Aksartan Xaqan-i Əkbər Bakının bayıl hissəsində “ZƏFƏR” məscidi inşa etdirir.Şamaxı zəlzələsibdə vəfat edən ailə üzvləri məscid ərazisində dəfn edilir.Bü gün İmam Rzanın bacısı olaraq Heybətin bibisi və ya Həkimə xanım kimi təqdim edilən qəbir Əslində Şirvanşahın arvadı tanınmış diplomat, mədrəsə müəllimi İsmətəddin Xatun dəfn edilib.Səfəvilərin Bakını işğal etməsindən sonra isə guya burada müqədəs bibinin dəfn edildiyi uydurulmuş və bu məscid Bibiheybət adlandırılmağa başladıldı.
Nizami Gəncəvinin Aksartan Xaqana mədhiyəsindən ..
Ağzını açarsa qılıncı bir an,
On-on baş itirər önündə düşman.
Düşmən qarşısında Əfrasiyabdır,
Təkbətək döyüşdə günəşə babdır,
Nizami mədhində Şirvanşahı Əfrasiyaba bənzədir.Əfrasiyab mifik Turan hökmdarıdır.İran şairi Firdovsinin “Şahnamə” əsərinə görə, Əfrasiyab Turan şahı və qəhrəmanı, İranın baş düşməni olmuşdur. İran mifologiyasında Əfrasiyab bütün Turan padşahlarının ən görkəmlisi hesab olunur.
O, nəhəng döyüşçü, mahir sərkərdədir, İran sivilizasiyasını məhv etmək üçün sehrli aldatma gücünə malik Əhrimənin müttəfiqidir.MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir