Baş leytenant Anayev Tural Bəşir oğlu, Aprel və 44 günlük müharibə vetranı haqqında

HƏRBİ

Anayev Tural Bəşir oğlu, 1992 – cı ildə BALAKƏN rayonun Gərəkli kəndində anadan olmuşdur.
1997 – cı ildə, Mikayıl Müşfiq adına Balakən rayonu Gərəkli kənd orta məktəbinin birinci sinifinə qəbul olub.
2006- cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub.2009- cu ildə oranı bitirdikdən sonra, Heydər Əliyev adına ali hərbi məktəbinə qəbul olub.
Həmin məktəbi bitirdikdən sonra,Müdafiyə nazirliyinin Sanqaçal da yerləşən N saylı hərbi hissəsində xidmətini davam etmək üçün göndərilib. Anayev Tural ordaTağım komandiri kimi xidmət edib.2015 – cı ildə Tərtərdə xidmətini davam etdirib. 2016 – cı ilin aprel döyüşlərində,bölüm komandiri və Baş leytinant hərbi rütbəsi ilə sona qədər vuruşub.   Həmdə  eyni zamanda Anayev Tural Əfsanəvi kəşfiyyatçı Harun Alqayevlə həm eyni kənddən həm də Naxçıvanski adına hərbi liseydə ondan bir sinif yuxarı təhsil alıb. Fərqli hissələrdə xidmət etsələr də, Harunun qəhrəmanlığından təcrübəli pilotsuz uçuş aparatlarını və dironlarını  necə ustalıqla idarə edərək, düşmənin strateji obyektlərinin necə darmadağın  edilməsində onun xüsusi rolu olduğundan bəhs etdi.Elə bir qəhrəman hal- hazırda ətrafımızda olmasa da , onun şirin xatirələri xalqımızın qəlbində daim yaşayacaqdır deyə fikirlərini tamamladı.
Anayev Tural hal -hazırda müharibədən sonra doğulduğu Balakən rayon Gərəkli  kəndində yaşayır.

MUASİRMEDİA.AZ
 HAZIRLADI ŞİMAİLİ QƏRB REGİONU ÜZRƏ  MÜXBİR İMRAN XƏLİLOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir