Əfsanəvi kəşfiyyatcı Türk ləqəbli Harun Alqayev haqqında-VİDEO

HƏRBİ

 Azərbaycan Silahlı qüvvələrinin,Vətənpərvər Vətənini sevən iğid və qəhrəman zabitimiz, T Ü R K H A R U N ləqəbli Əfsanəvi kəşfiyyatcı Türk Harun haqqında :
Harun 1992 – cı ildə BALAKƏN rayonunun Gərəkli kəndində anadan olmuşdur. 1998 – cı ildə BALAKƏN rayonu , Nəsimi adına 2 saylı şəhər orta məktəbini. birinci sinfinə daxil olub. Uşaqlıq çağlarında ikən , birinci Qarabağ müharibəsi iştirakçısı olan, dayısı Vahid Quliyevə müharibə ilə bağlı o suallar verərdi. Dayısının cavablarını isə diqqətlə dinləyirdi.Yorpağımızın işğal olunması onu çox narahat edirdi.lakin vətənə olan sevgisi onu, Cəmşid Naxçıvanski adına məktəbə gətirir. Beləliklə Harun 2007 – cı ildə hərbi liseyə qəbul olur. Keçdiyi təhsil müddəti dövründə o öz bilik və bacarığına görə başqalarından xeyli fərqlənirdi.
2010 – 2014 – cür illərdə Ali hərbi məktəbi bitirir və həmin məktəbin Təlim Tədris Mərkəzinin ( T T M).
Bir illik kursunu bitirərək leytenant rütbəsi ilə təltif olunur. Sonra ,Goranboy rayonuna xidmət etmək üçün N saylı hərbi hissədə, müşahidə kəşfiyyat komandiri kimi xidmətini başa vurur.
2018 – cı ildə baş leytenant rütbəsi alan Harun 2020 – cı ilin mart ayındahəbi hissənin kəşfiyyat bölüyünün komandiri təyin olunur.
İki ay bu vəzifədə xidmətini keçirdikdən sonra,xüsusi təyinatlı qüvvələrin heyətinə göndərilir və Baş kəştiyyatcı kimi xidmətini davam etdirir.
2020 – cı ilin sentyabrın 27 – də Azərbaycanın silahlı qüvvələri tərəfindən,erməni ordusunun işğal etdiyi torpaqlarımızı ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlanan 44 – ğunlük döyüşlərdə davam döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenant olan Harunun keçirdiyi dğöyüş yolları doğrudan da tərifə layiqdir. Murov dağının ,Kəlbəcərin , Fizulinin Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəman- canına vuruşan Harun, sanki heyətin simvoluna çevrilmişdi.
Oktyabrın 10 – onda Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə,düşmən tərəfindən atılan snayper gülləsinə tuş gəlmişdir.Föyüş meydanında canını, qanını fəda edən xalqımızın fəxrı,Vətənimizin iğid və qəhrəman oğlu, Harun Məhəmməd oğlu Alqayev şəhid olmuşdur.
Allah məkanını cənnət eləsin. Şəhid olduqdan sonra ona həsr olunan kitablar yazılmışdır. Harun haqqında ,onun qəhrəmanlığı haqqqında hətta nəinki kitab,dastanlar belə yazmağa layiqli bir oğludur Harun. Çox əfsuslar olsun o xalq qarşısında qəhrəman olsa da Müdafiə nazirliyi tərəfindən layiq olduğu dəyərin qiymətini almamışdır.O,zəhmət- keş bir ailənin övladıdır. Atası sürücü, anası evdar qadın olub.
Belə bir qəhrəmanın qəhrəmanlığına aidiyyəti orqanlar tərəfindən qiymət verilməlidir.

MUASİRMEDİA.AZ
ŞİMAİLİ-QƏRB REGİYONU ÜZÜRƏ BÖLGƏ MÜXBİRİ
İMRAN XƏLİLOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir