Rusiya hərbi bazanı çıxarmaq qərarına gəlsə, İrəvan etiraz etməyəcək

Dünya

Ermənistanın baş nazir Nikol Paşinyan ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbı bazasının saxlanılmasının həyati vacib məsələ olmadığını bəyan edib.

Paşinyan bu məsələnin əvvəllər qaldırılmadığını və hər hansı xüsusi müzakirələrin aparılmadığını qeyd edib.

Baş nazir vurğulayıb ki, əgər Rusiya hərbi bazanı ölkədən çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək, əgər saxlamaq qərarı verilsə, bunu müzakirə etməyə hazırdır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir