İnsanın səsi uşaqlıqdan qocalığa qədər eyni qalmır.
Uşaqların səsi daha incə, böyüklərin səsi isə adətən daha fərqli tembrə malik olur.
Səsin yaranmasında qırtlaq və səs telləri mühüm rol oynayır. İnsan böyüdükcə bu orqanlarda anatomik dəyişikliklər baş verir. Xüsusilə yeniyetməlik dövründə səsdə nəzərəçarpacaq dəyişiklik yaranır.
Yaşlandıqca isə səs tellərinin elastikliyinin dəyişməsi, əzələlərin zəifləməsi və digər təbii proseslər səsin tonuna təsir göstərə bilər.
Bundan başqa, siqaret, bəzi xəstəliklər, səsin həddindən artıq yüklənməsi və uzunmüddətli qıcıqlanma da səsdə dəyişiklik yarada bilər.
Səsdə qəfil və uzunmüddətli dəyişiklik yaranarsa, xüsusilə də səbəbi bilinmirsə, həkim müayinəsi vacibdir.
MUASİRMEDİA.AZ
