Qarabağ Universiteti açılıb, Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də universitetlər var.Bəzi universitetlərin Ağdam, Yevlax və digər işğaldan azad olunmuş ərazilərimizə köçürülməsi daha məqsədəuyğun olardı”.
Hansı universitetlər köçürülə bilər.
“Bu universitetlər arasında xüsusilə İqtisadiyyat və Mühəndislik Universitetini vurğulamaq istərdim.
Həmin universitetin bölgəyə köçürülməsi yerli kadrların hazırlanmasına və regionun inkişafına ciddi töhfə verə bilər. Texniki Universitetin, həmçinin İqtisad Universitetinin müəyyən fakültə və ya struktur bölmələrinin bölgələrə köçürülməsi də əhəmiyyətli nəticələr verə bilər. Eyni zamanda, şəhərin mərkəzində yerləşən digər universitetlərin, o cümlədən Pedaqoji Universitetin müəyyən hissələrinin də Bakıdan regionlara köçürülməsi nəzərdən keçirilə bilər. Bu, bir tərəfdən paytaxtın üzərindəki yükün, xüsusilə nəqliyyat yükünün azalmasına, digər tərəfdən isə regionların iqtisadi və sosial inkişafına əhəmiyyətli töhfə verə bilər”.
MUASİRMEDİA.AZ
