Bu gün beynəlxalq gündəmin mərkəzində ABŞ və İran arasındakı hərbi qarşıdurma dayanır.
Son hadisələr xüsusilə Hörmüz boğazı və Fars körfəzi ətrafında vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
Məlumatlara görə, ABŞ qüvvələrinin İranın neft tankerlərinə zərbələrindən sonra İran tərəfi bölgədə bir sıra gəmilərə qarşı hücumlar həyata keçirib. Reuters-in məlumatına görə, İran 10 gəminin hücuma məruz qaldığını açıqlayıb. Bu, müharibənin başlanmasından bəri dəniz nəqliyyatına qarşı ən böyük qarşılıqlı hücum dalğalarından biri kimi qiymətləndirilir.
İranın ABŞ-ın İordaniyadakı hərbi obyektinə raket zərbəsi endirməsi barədə də məlumatlar yayılıb. Bölgədəki hərbi fəallığın artması ABŞ və İran arasında münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalını gücləndirir.
MM.AZ
