At arabalarının iştirakı ilə qəzalarda bir nəfər ölüb, üç nəfər yaralanıb

Hadisə

Azərbaycanda son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistika açıqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu müddətdə at arabalarının iştirak etdiyi qəzalarda bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.

Məlumata görə, sentyabrın 22-də Cəlilabadda gecə saatlarında minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan üç nəfər xəsarət alıb.

Sentyabrın 27-də isə Bərdə rayonunda baş verən qəza ölüm ilə nəticələnib. Avtomobilin at arabasını vurması nəticəsində arabaçı həyatını itirib. Hadisə ilə bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi at arabası idarə edən şəxsləri yol hərəkəti qaydalarına, xüsusilə gecə vaxtı görünmə və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə çağırıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir