Azərbaycanda yağışlı hava hökm sürür – bəzi ərazilərdə leysan müşahidə olunur

ölkə

Sentyabrın 29-da Azərbaycanın bir sıra bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağışlar leysan xarakterli olub.

Saat 09:00-a olan məlumata əsasən, müxtəlif bölgələrdə yağıntılar qeydə alınıb. Tovuz və Şahbuzda 8 mm, Gədəbəydə 5 mm, Qaxın Sarıbaş kəndində və Balakəndə 4 mm, Zaqatala və Kürdəmirdə isə 3 mm yağıntı düşüb. Bakı və Abşeron yarımadasında da yağıntı qeydə alınıb.

Belə hava şəraitində sürücülərə yollarda diqqətli olmaq, sürəti azaltmaq və ara məsafəsini qorumaq tövsiyə olunur.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir