Yaxın Şərqdə siyasi və təhlükəsizlik gündəminin əsas mövzularından biri Yəməndəki vəziyyətdir.
Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanı İranla əlaqəli husilərə qarşı mümkün hərbi əməliyyat variantlarını nəzərdən keçirir.
Müzakirə olunan variantlardan biri Qırmızı dəniz sahilində məhdud əməliyyat, digəri isə Yəmənin bir neçə istiqamətində daha geniş hərbi kampaniya ola bilər.
Reuters bu məlumatları regional və Qərb rəsmilərinə istinadən yayıb. Məlumatda əməliyyatın konkret olaraq nə vaxt başlayacağının müəyyən olmadığı da bildirilir.
Yəməndə vəziyyətin gərginləşməsi beynəlxalq ticarət üçün də əhəmiyyətlidir. Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən strateji dəniz keçididir.
Bu səbəbdən bölgədə hərbi qarşıdurmanın genişlənməsi yalnız Yəmən və Səudiyyə Ərəbistanı üçün deyil, beynəlxalq gəmiçilik və enerji bazarları üçün də nəticələr yarada bilər.
MM.AZ
