Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimi”ndə iştirak edib.
Təlim Kəraçi şəhərində keçirilib. Azərbaycan və Pakistan hərbçiləri xüsusi əməliyyatların aparılması üzrə birgə məşqlər həyata keçiriblər.
Təlim çərçivəsində terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad edilməsi, girovların xilas olunması və dalğıc fəaliyyəti üzrə tapşırıqlar icra edilib.
Təlimin məqsədləri arasında təcrübə mübadiləsi, xüsusi əməliyyatlar zamanı qarşılıqlı fəaliyyətin gücləndirilməsi və dəniz əməliyyatları üzrə praktiki bacarıqların artırılması olub.
MM.AZ
