Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizinin inkişafını müzakirə edib

Siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Danışıqlarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və Azərbaycan-Rusiya arasında yükdaşımaların genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunublar.

Görüşdə sərhəd-keçid məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması da müzakirə olunan məsələlər sırasında olub.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir