Yeni veriliş 12 oktyabrdan etibarən efirdə yayımlanacaq: “Veriliş 12 oktyabrdan etibarən yayımlanacaq. Həmin gün həm də Space Tv-nin 29 yaşı tamam olur. Verilişin ilk buraxılışı da məhz bu əlamətdar gündə efirə gedəcək. Verilişin formatını indidən açıqlamaq istəmirəm, amma illər əvvəlki “Sən bir nəğmə, mən bir nəğmə”dən az da olsa fərqlənəcək”.
Ceyran Rəhimova “İndiki müğənnilərlə bu verilişi etmək çətin deyil ki?” sualına belə cavab verib:
“Hələ ki, verilişi başlayaq, görək sonra çətinlik yaranacaq ya yox?! Texniki tərəfdən heç bir çətinliyimiz yoxdur, düşünürəm ki, ifaçılar tərəfdən də bu mövzuda çətinlik çəkməyəcəyik. Çünki artıq kimləri dəvət edəcəyimizi bilirik. Müəyyən planlar çızmışıq. Hansı çətinlikdən söz gedə bilər ki? Əlbəttə ki, səsinə, səhnə mədəniyyətinə, tamaşaçısına hörmət edən ifaçıları dəvət edəcəyik. Başqa cür ola da bilməz.
Bu verilişin məqsədi və məramı da elə budur”.
MuasirMedia.az
