Alyona Əliyeva ukraynalı uşaqlarla bağlı paylaşım edib
Alyona Əliyeva sosial şəbəkə hesabında Ukraynada müharibədən zərər çəkmiş uşaqlar üçün Azərbaycanda həyata keçirilən reabilitasiya tədbirləri barədə paylaşım edib.
Paylaşımda bildirilib ki, Sosial Xidmətlər Agentliyinin xüsusi dəstək proqramı çərçivəsində uşaqların Ukrayna Mərkəzinə səfəri təşkil olunub, onlara xüsusi diqqət və qayğı göstərilib.
Uşaqlar İçərişəhəri və Azərbaycan Milli Xalça Muzeyini də ziyarət edib, müxtəlif ustad dərslərində iştirak ediblər.




