Dərin ehtiramla yad edirik!
MUASIRMEDIA.AZ Vəzir Surxay oğlu Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Rusiyanın Arxangelsk vilayətində yaşayan Vəzir Orucov Xocalı faciəsinin baş verməsindən sonra Azərbaycana qayıdaraq 1992-ci ilin may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub. O, sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək düşmənin bir çox planını puç edib. 1992-ci ilin avqust ayında Vəzir Orucovun kəşfiyyat qrupu Ermənistanın “Arabo” batalyonunu darmadağın edib və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistanda 3 gün matəm elan olunub.
Qəhrəman hərbçimiz Vəzir Orucov 22 mart 1993-cü ildə düşməndan azad etməyi qarşısına məqsəd qoyduğu Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub.
Əfsanəvi komandir ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.
Ruhu şad olsun!

MM.AZ Baş redaktor Güıər Mirxubyar qızı.