Martın 30-u Beynəlxalq Sıfır Tullantı Günüdür. 2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Türkiyənin təşəbbüsü ilə təklif edilmiş “Beynəlxalq Sıfır Tullantı Günü” 2022-ci ildən etibarən artıq bütün dünyada qeyd olunur. “30 Mart Beynəlxalq Sıfır Tullantı Günü” davamlı inkişaf prinsipləri ilə idarə olunan tullantıların emalı vasitəsilə gələcək nəsillərə təmiz və yaşamaq üçün əlverişli planet miras qoymasının kollektiv səyini təmsil edir.

Muasirmedia.az
Nuranə Bayramova