Bu barədə Qida mühəndisi Fərid Səfərov məlumat verib.
“Peraşki”nin ziyanları aşağıdakılardır:
– “Semiçka” yağı (günəbəxan), bu yağlar orqanizmdə iltihabı artırır.
– “Peraşki” müəyyən vaxtda enerji versə də faydasız karbohidratdır.
– Karbohidrat insulin hormonunun fəaliyyətini artırır.
– Qlisemik indeksi yüksək qidadır.
– Balanslı qida hesab olunmur.
– Ziyanlı qida vərdişi hesab olunur.
– Qızartmalar orqanizm üçün xüsusilə ziyanlıdır (qaraciyər və s.)
– 90% bu tip ayaqüstü qidalar gələcəkdə çox ciddi mədə-bağırsaq problemləri yaradır, piylənmə və s.
– Boş kalori hesab olunur.
F.Səfərov qeyd edib ki, gündəlik enerjimizi təmin etmək və sağlam olmaq üçün mütləq balanslı qidalanmalıyıq. Balansı yaratmaq və saxlamaq isə özümüzdən asılıdır.
MuasirMedia.az