Seçki bitər-bitməz İmamoğlu tərəfdarlarına çağırış etdi: “Arxayınlaşmaq olmaz”

Siyasət

Türkiyədə bu gün keçirilmiş bələdiyyə seçkiləri başa çatıb.

MUASİRMEDİA.AZ xəbər verir ki, məntəqələr bağlandıqdan dərhal sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, müxalif CHP-nin namizədi Əkrəm İmamoğlu sosial media hesabı üzərindən seçicilərə müraciət edib.

Saat 17.00-da səsvermə prosesi başa çatdı. İstanbulda indiyədək heç bir neqativ hal müşahidə olunmayıb. İndi səslərin sayılması prosesinə start verilib. Bütün tərəfdarlarımı prosesi diqqətlə izləməyə dəvət edirəm. Biz arxayınlaşmamalı, səslərimizi qorumalıyıq”.