Azərbaycanın 5 güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

İdman

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov, Osman Nurmaqomedov və Georgi Meşvildişvili olimpiadada iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.
MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir