HƏMAS lideri İsmayıl Haniyə Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması ilə bağlı təklifin razılaşdırıldığını açıqladı.
Bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında qeyd edilib.
“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl adı açıqlanmayan HƏMAS rəsmisi İsraillə danışıqların dayandırıldığını elan etmişdi.
MM.AZ