28 May – Müstəqillik Günündə Gənclər təşkilatlarınin liderləri ilə görüş keçirilib: yaradıcı cavan nəsil kreativ intellektual lari birləşdirən Yeni Yazarlar və Sənətçilər İB rəhbərliyi orada fəal uştirak ediblər.

Bu barədə MUASİRMEDİA.AZ saytına
YYSİB İctimai Əlaqələr, KİV, İnternet və Yeni Media Xidmətindən məlumat veriblər.
27 may 2024-cü il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Gənclər Təşkilatlarının Resurs Mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı növbəti tədbir, açıq ictimai debat keçirilib.

Tədbirdə iştirak edən spikerlər və müzakirələrin istirakçiları milli istiqlal tariximizin şanlı səhifəsi, müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında danışıblar.
Bildirilib ki, XX əsrin əvvəllərində 2 il ağır şəraitdə fəaliyyət göstərərək Avropa quruluşlu sivil dövlətçilik quran ADR hökuməti həmin dövrdə yeni tariximizə imza atsa da, məlum tarixi proseslərə görə süquta uğradı.
Məhz ikinci dəfə modern Azərbaycan dövlətini quraraq zəmanəmizdə böyük tarixi uğurlara imza atan Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, Müzəffər Ali Bas Komandan, Qarabağ Fatehi, Prezident İlham Əliyev cənabları tərəfindən aparılan qlobal dövlətcilik islahatlari ölkəmizi dünya geopolitik arenasına çıxardıqlaını tədbirdə xüsusi vurgulandı.
Daha sonra axır vaxtlar baş verən tarixi proseslər haqqında ətraflı məlumat verildi, gəncləri maraqlandıran suallara ətrafında geniş diskussiya aparıldı.

Tədbirdə Yeni Yazarları və Sənətçilər İçtimai Birliyin sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov, YYSİB sədr müavini, sosial məsələlər üzrə ekspert Ramal Əliyev və YYSİB sədr müavini Hidayət Ayxan Əbilli iştirakçı edib, müzakirələrə fəal qoşularaq fikirlərini bölüşüblər.
