Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli çay evinin yanar konstruksiyaları yanıb.Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MM.AZ