Sabirabadda narkokuryer saxlanılıb

Cəmiyyət

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən əvvəllər narkotiklərə görə məhkum olunmuş Bəxtiyar Əliyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb. Araşdırmalar zamanı B.Əliyevin sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir