Köhnə Ələt- Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad rayonun Qarazəncir kəndindən keçən hissəsində “Ford”markalı avtomobil 15 bv 347 seriyalı 06 “Jiquli” markalı maşınla qarşı -qarşıya gəlib.
Gecə saatlarında baş verən qəza nəticəsində “Jiquli” də olan 3 şəxs agır bədən xəsarətləri aldıqlarından ətrafdakı insanların köməyi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki avtomobil ciddi deformasiyaya uğrayıb. Avtomobillərin əsasən ön hissələri ciddi zədələnib. Cəlilabad rayon Polis İdarəsinin müvafiq qrumu hadisə yerində yaranmış vəziyyəti dərhal nəzarətə götürərək bağlanmış yolu təmizləyib. Baş vermişhadisəilə bağlı araşdırmalar davam edir.

MuasirMedia.az