AZƏRBAYCANIN ENERJİ SEKTORUNDA QLOBAL LİDERLİYİNİ ƏKS ETDİRƏN BEYNƏLXALQ KONFRANS

Müsahibə

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyunun 21-də Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Konfransda Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunmuş 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” – də iştirak etmiş və Euronews telekanalına müsahibə vermişdir.

Prezident İlham Əliyev çıxışının əvvəlində qeyd etmişdir ki, Azərbaycan yaşıl gündəliyi Azərbaycan nəinki ənəvəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Keçən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk günəş enerji stansiyasını açılışı olmuşdur. Yaxın gələcəkdə 10 qeqavata və 2030-cü ilədək 5 qeqavata qədər gücü əhatə edən bütün müqavilələr icra olunacaqdır.
Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öncüllərdən olacağımıza əminik.
Prezident İlham Əliyev daha sonra söylədi ki, “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. “ACWA Power” və BP sərmayədərlarının sırasındadır. Azərbaycanla işləməyə hazır olan digər ölkələrin şirkətləri də var. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Odur ki, Milli enerji şəbəkəmizi gücləndirməliyik. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz enerjini ixrac etməkdir. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, enerji maksimum istehsal olunsun, təbii qaza qənaət edilsin ki, Avropaya lazım olan qaydada nəql olunsun.
Bakıda təşkil olunmuş bu Beynəlxalq tədbir 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə heyətinin iştirakı ilə baş tutmuşdur. 30 ildən artıq keçirilən bu tədbir ilk dəfə 1994-cü ildə təşkil olunmuşdur.
Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu hər il belə olub və tədbirin unikal mahiyyətini və gücünü nümayiş etdirir.
Tədbir öncə Xəzər Neft və Qaz sərgisi konfransı adını aldı, sonra biz, bərpaolunan enerji sahəsində işə başladıq və fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərik.
Prezident İlham Əliyev müsahibənin sonunda qeyd etdi ki, ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri, birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə qarşılıqlı iddiaları kənara qoymaqla planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Tədbirin gedişini izləyərkən görünən budur ki, ABŞ başda olmaqla dünyanın ən nüfuzlu ölkələri keçirilən tədbirə böyük diqqət göstərir, aktiv iştirak etmək istəyirlər və sərmayələr yatırmağı planlaşdırırlar.
Amerika Prezidenti Co Baydenin tədbir iştirakçılarına göndərdiyi müraciətin Amerikanın – Azərbaycanla çox yaxından əlaqələr qurmaq, əməkdaşlığı genişləndirmək və bu gün dünya üçün qlobal problemlərdən biri olan bərpaolunan enerji sahəsinə Azərbaycanla birgə rəhbərlik etmək arzusunda olmasını göstərir. Bu da, öz növbəsində Bakıda keçirilən bu Beynəlxalq tədbirin enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir