Bir sən olmusan bir mən olmuşam.
Sən mənim ömrümün açan çiçəyi
Mənsə o çiçəyin suyu olmuşam
Sən o çiçəyi qoruyan adam
Mən isə o çiçəyi dərən olmuşam
Sən mənim köksümdə döyünən ürək
Mənsə o ürəyin qanı olmuşam
Sən mənim gecələr şirin yuxumsan
Mənsə o yuxuya qonaq olmuşam
Bir sən olmusan bir mən olmuşam
Sən gözəl səmada saçan bir günəş
Mənsə o günəşdən yanan olmuşam
Sən gecələr səmada sayrışan ayım
Mənsə ətrafında parlayan ulduz olmuşam
Bir mən olmuşam bir sən olmusan
Sən heykəl düzəldən bir heykəltəraş
Mənsə düzələn heykəl olmuşam
Elə gözəl düzəltmisən ki ,heykəlimi
Sonda məndə dönüb insan olmuşam
Bir sən olmusan bir mən olmuşam.
Məmmədov Ənvər.
MUASİRMEDİA.AZ