İsrail Azərbaycandakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Dünya

İsrailin Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.

XİN-in saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.

Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər.

MUASİRMEDİA.AZ