Mən məqaləmi Hüseyn Cavidin “İblis” adlı pyesi ilə başlamaq istəyirəm. Ya Rəbb bu nə dəhşət ,bu nə fəlakət yox kimsədə insafı mürüvvət İblisəmi uymuş bəşəriyyət. Mən əslində bu sözləri boş yerə demədim həqiqətən də Cavid əfəndinin dediyi kimidir bəşəriyyət.
Son zamanlar intiharlar artır, insanlar sanki can almaqdan qorxmurlar. Sanki insanlar azğınlaşıb vəhşi bir məxluqa çevriliblər. Onlar bu canları ya müharibələr vasitəsilə yada terror törədərək edirlər. Bu vəhşi vandalları, qatillərin qurbanlarının çoxu günahsız uşaqlar olur. Mən bu sözləri boş yerə demədim. Bir neçə gün əvvəl televizor kanallarının birində 8 yaşlı Narinin itgin düşdüyünü eşitdim. Gözümün qarşısına bir anlıq balaca Nərmin gəldi. O, anda öz-özümə dedim ki, Allahım nolar Narinidə Nərminin aqibəti gözləməsin. Unudanlar üçün xatırlatmaq istəyirəm ki, Nərminin ölümü Azərbaycanda baş vermiş hə o qətli törədən isə həbs olunmuşdur. Amma dünən Narinin öldürülüb bir torbaya atıldığını eşitdim. Tükiüklərim biz biz durdu axı bu necə vəhşilikdir.? Axı bu balaca uşağa kim qıydı.? Suallarım hələdə cavabsız olaraq qalır. Bu gün isə sosial şəbəkələrdə qarşıma Narinin dəfn mərasiminin videosu çıxdı. Bu video məni və əminəm ki, mənim kimi qəlbində insaniyyətlik olan hər kəsi kövrəltdi. kövrəlməyimin səbəbini sizə birazdan deyəcəm. Mən çox dəfn mərasimləri görmüşəm. Hətta olub ki, öz əcəli ilə ölən uşaqlarında dəfn mərasimini görmüşəm. Amma beləsini görməmişdim. Balaca Narinin tabutu əmisi oğlunun toyuna aldığı və geyinə bilmədiyi ağ gəlinliklə sanki bəzədilmişdir. Beynimdə suallar çoxdur axı kim və niyə görə balaca Narinin öldürsün ki, nə səbəbə.? Sosial şəbəkələrdə oxudum ki, Narinin qətli ilə bağlı 24 nəfər cinayət məsuliyyətinə cəlb olunub hətta onların arasında Narinin doğma valideynləridə var. İlk öncə təəccübləndim axı bir ata, ana öz övladına necə qıya bilər. Nəzərə alsaq ki, əgər dünyada nə qədər övlad ya doğulub valideynləri tərəfindən atılır yada dünyaya gəlib elə valideynləri tərəfindən öldürülürlər. Amma mən inanmaq istəmirəm ki, Narini öz valideynləri öldürsün. Nəzərinizə çatdırmaq istəyirəm ki, qətldə şübhələr məhz Narinin əmisi üzərindədir. Yaxşı əmi öz qardaşı balasına necə qıya bilər axı mənim ağlım bunu kəsmir. Amma elə nankor əmilər də var. Əmi ata yarısıdır. Ata yarısı olan adamda bunu əsla etməməlidir. Əgər deyildi kimi edibsə o zaman mənə elə gəlir ki, ən ağır cəzanı almalıdır. Məqaləmi bir balaca qızcığazın sözləri ilə bitirmək istəyirəm.Bu qızcığaz Türkiyədə aktrisadır. Film festivallarının birində mükafat aldığı zaman ki çıxışını deyəcəm. Biz uşağlar yaşıl bir çəmən istəyirik həmin o çəməndə heyvanlar uşaqlarla qaçıb oynasın. Biz azad bir dünya istəyirik orda uşağlar öldürülməsin., Orada uşaqlar daima xoşbəxt yaşasınlar. Həmin o dünyada uşaqlar atasız, anasız böyüməsinlər. Bax biz belə bir dünya istəyirik. Mən əminəm ki,nə zamansa bu dünya olacaq amma bunu nə Narin nədə Nərmin görməyəcək. Əminəm ki yalnız o dünyada uşaqlar ölməyəcək əksinə xoşbəxt yaşayacaqlar. Gəlin gələcəyimizi qoruyaq.
MUASİRMEDİA.AZ
Yazar: Ənvər Məmmədov