Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrın 11-də Azərbaycanda başlayıb və 22 noyabradək davam edəcək.
Bəs COP29 tədbiri ölkəmizin və dünyanın iqlim problemlərinin həllinə necə təsir edəcək? Cəmiyyət olaraq qarşımızda duran vəzifələr nədir və dünyamızı qorumaq üçün daha nələr etməliyik?
“Dünya liderlərinin Azərbaycana təşrif buyurması və onların COP29-a böyük marağı onu deməyə imkan verir ki, Azərbaycan öz öhdəliklərini ən yüksək səviyyədə həyata keçirib. Eyni zamanda ölkəmizdə bu mövzuya toxunan dünya liderlərinin, siyasətçilərin, bu sahənin mütəxəssislərinin də fikirlərini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etməkdədir. Bu tədbirlərin ən əsas hədəfi iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etməkdir. Həmçinin məhz bu problemin həlli ilə bağlı maliyyə axtarışlarının həyata keçirilməsi və maliyyə dəstəyinin davamlılığını təmin etməklə dünya dövlətləri bu öhdəliklərə olan münasibətlərini yeniləmiş olacaq, xüsusilə də istiləşməyə qarşı birgə mübarizədə birlik nümayiş etdirəcəklər.
MUASİRMEDİA.AZ