Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) Rusiya əhalisinin həssas qrupları arasında HİV epidemiyasını elan etdi.
Söhbət narkomanlardan, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlardan və seks sənayesi işçilərindən gedir.
Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Epidemiologiya və QİÇS-in qarşısının alınması üzrə ixtisaslaşmış elmi-tədqiqat şöbəsinin rəhbəri Vadim Pokrovski İnterfax-a bildirib ki, Rusiyada onlar xəstəlik üçün daha az müayinə olunmağa başlayıblar.
Bundan başqa, onun sözlərinə görə, kənd əhalisi və mərkəzdən uzaq rayonlarda yaşayanlar arasında HİV-ə yoluxanlara daha çox rast gəlinməyə başlayıb.
Qeyd edək ki, 2016-cı ildən başlayan bu proses bütün sürəti ilə davam edir. Həmin dövrdə Rusiyada hər gün 270 nəfər HİV-ə yoluxduğu və
HİV virusu daşıyıcılarının sayı milyonu ötdüyü deyilirdi. Hətta həmin ilin noyabrında Yekaterinburq şəhərində HİV epidemiyası rəsmi elan olunub.
MUASİRMEDİA.AZ