AFFA qeyri-etik hərəkətlər edən 2 klubu cəzalandırdı

İdman

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda 2-ci liqanın 10-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz”dan 4 nəfər sarı vərəqə aldığına görə komanda 70 manat cərimə ediliib.

“Lerik” – “Kür-Araz” oyununda “Lerik”dən 4 futbolçusu sarı vərəqə aldığına görə komanda 70 manat cərimələnib.

“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib.

“Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onun komandası isə 200 manat cərimələnib.

Bu oyun Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” 100 manat cərimə edilib.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir