ƏSƏD, SƏDDAM, QƏDDAFİ VƏ ELÇIBƏY..

Tarix
Suriyada baş verənləri izləyirəm; azğınlaşmış ərəblər qarşısına çıxanı sökür, dağıdır, aşırdır. Eynən bir qədər əvvəl İraqda, Yənəndə, Liviyada olduğu kimi. Amma fərqində deyil ki, bir azdan oradakılar kimi rəzil, yazıq, dilənçi kökünə düşəcək. Bizim məlum qaragüruhun nümayəndələri də eynən həmin bədəvilər kimi sevinir, “sağ əliniz bizim başımıza” kimi statuslar paylaşırlar. Onlara sözümü sonunda deyəcəm..
***
Suriyaya, “Yaxın şərqin mirvarisi” deyirdilər. 2011-ci ilə qədər buradakı yaşayış səviyyəsi rəsmi olaraq həttə İsraildən belə yüksək olub. Səddamın devrində İrakda, Qəddafinin zamanında isə Liviyada da insanların həyat və güzaranı indikindən qat-qat yaxşı olubdur. İndi aclıq və səfalət içində çabalayırlar. Mən nə Səddam, nə Qəddafi, na də Bəşər tərəfdarıyam. Bu gün Bəşərin devrilməsindən də bizə bir sıra strateji tərəfdən əhəmiyyəti var ki, yox deyil. Ancaq sözümün canı başqadır..
***
İstər Səddam olsun, istərsə də Qəddafi və ya Bəşar. Mənim aləmimdə onlar qətiyyən diktator deyil, əsl millət qəhrəmanı və fədaidir. Sadəcə qərbin və Amerikanın qulu olmaqdan imtina etdiklərinə görə şər maşını onları belə təqdim edirdi. Əgər onlar vəzifə, var-dövlət hərisi olsaydı zamanında milyonlarını götürüb sakitcə çıxıb gedərdilər. Amma bunu öz qürurlarına sığışdırmadılar. Həyatlarını riskə atıb sonuna qədər dirəşdilər. Həyat eşqi, var dövlət aşiqləri isə o cür olmur, əzizlərim..
****
İndi üzümü Əsədin devrilməsinə çırtma çalıb oynayan yerli “obijennik”lərədi; Bəşər Əsəd də sonuna qədər müqavimət göstərdi. Əvvəlcə İŞİD və onabənzər quldur dəstələri ilə, daha sonrasa birləşmiş koalisiya qüvvələrinə qarşı. Kişı kimi, qəhrəman təki..
Daha sizin lider saydığınız Elçibəy kimi, Surətın kiçik bir bandasının qirxusundan gecəynən xalqını atıb , gedıb dağ başındakı kəndinə qaçmadı..

MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir