Yük avtomobili məktəblilər üçün təhlükəli anlar yaşadıb.
Hadisə Biləsuvar rayonunda qeydə alınıb. Belə ki, şəhər mərkəzindəki məktəb qarşısında şagirdlər piyada keçidindən keçərkən hərəkətdə olan yük avtomobilinin əyləc sistemində qəfildən nasazlıq yaranıb. İdarəetməni itirən sürücü şagirdləri vurmamaq üçün maşını kənara qaçıraraq yaxınlıqdakı kafenin hasarına çırpıb. Qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ