İNCİSƏN YAXŞIDIR, TƏKİ KÜSMƏ SƏN-Dəmirçizadə Hacıbaba

Ədəbiyyat
İNCİSƏN YAXŞIDIR, TƏKİ KÜSMƏ SƏN

Bilməzdim sevgilim bir gün küsəcək,
Qaytarıb sevinci, kədər verəcək.
Bu iztirab odu məni üzəcək,
Əbədi küsməyi olarsa gerçək.

Bir nur parçasıdır o gözəl pəri,
Qönçə dodaqları, incə dəhanı,
Ağ üzüdür onun aya bənzəri,
Yoxdur belə gözəl, beləsi hanı.

Sənədir sevgilim, birbaşa sözüm,
Küsməyin əbəsdir, üz döndərsən də,
Ayrılığa məndə yoxdur bir dözüm,
Tənə dolu məktub sən göndərsən də.

Ələnir göz yaşım yaz yağışıtək,
Nə gecələrim var, nə də gündüzüm,
Sinəmdə od tutub çırpınır ürək,
İncisən, eybi yox, küsmə gülüzlüm.

Qorxuram, küsməyin kaş olmayaydı,
Küsənlər geriyə dönmür bir daha,
İnciklik sevgidir, sevgiyə taydır,
Onda barışıq var, inan Allaha.

Sevincim bol olar, əgər incisən,
Qumral saçlarına sığal çəkərəm,
Alaram könlünü biz barışarkən,
İnci tək sözlərlə naxış çəkərəm.

Məhəbbət odudur qəlbimə hakim,
İztirab odunda yandırma məni,
Çarəsiz qalıbdır dərdimə həkim,
Məlhəmim sevgidir, – söyləyir təbib.

Müəllif: Dəmirçizadə Hacıbaba

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir