İsrail ordusu Livanın bir qəsəbəsindən geri çəkilib – Açıqlama

Dünya

Bu gün İsrail əsgərləri Livanın cənub sərhədindəki bir qəsəbədən geri çəkiliblər.

Bu barədə Livan ordusu məlumat yayıb.

Bildirilib ki, Livan ordusu İsrail əsgərlərinin geri çəkilməsindən sonra Deyr Mimas qəsəbəsinə yerləşiblər: “Bununla yanaşı, İsrail sərhədinə yaxın bəzi bölgələrə də artıq hərbçilərimiz yerləşməyə başlayıb”.

Açıqlamada qeyd edilib ki, Livandakı BMT Sülhməramlıları müşahidə ediblər.

Xatırladaq ki, Livan və İsrail arasında atəşkəs razılaşması 2024-cü il noyabrın 27-də qüvvəyə minib. Razılaşmaya əsasən, Livan ordusu 60 gün ərzində (yanvarın 26-dək) ​​ölkənin cənubunda İsrailin işğal etdiyi ərazilərə mərhələli şəkildə yerləşdirilməli və İsrail ordusu isə həmin ərazilərdən geri çəkilməlidir .

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir