Azərbaycan iqtisadiyyatı son illərdə sürətli artım nümayiş etdirib.
Neft və qaz sektoru iqtisadi bazanı təşkil etsə də, iqtisadiyyatın şaxələndirilməsi siyasəti qeyri-neft sektorunun inkişafını əsas hədəf seçib. Sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorları üzrə müxtəlif layihələr həyata keçirilmişdir. Qeyri-neft sektorunun artımı, startapların və kiçik, orta müəssisələrin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması bu inkişafın əsasını təşkil edir. Son 10 ildə Bakı ilə yanaşı bölgələrimizdə də bir sıra yeni park və istirahət zonaları yaradılıb. Bu parklar şəhər, qəsəbə və kəndlərin yaşıllıq sahələrini genişləndirmək, sakinlərin istirahətini təmin etmək və yaşayış massivlərinin ümumi görünüşünü yaxşılaşdırmaq məqsədi daşıyır. Həmin parklardan biri də Sabirabad rayonun Nizamikənd kənd ərazisində yerləşir. Ümumi sahəsi 1 hektara yaxın olan park-kompleksdə uşaqdan böyüyə hər kəsin istirahəti üçün lazımi şərait yaradılıb. Hər tərəfi gül-çiçək kolları və nadir ağaclar əkilmiş parkda gəzintiyə çıxanların zövqünü oxşayır, parkda oturacaqlar və uşaqlar üçün əyləncə atraksionlar quraşdırılıb. Parka xüsusi gözəlik verən isə ərazidə tikilmiş şəhid bulağıdır ki, xüsusilə yay fəslində yoldan ötən sakinlər oranın suyundan içib şəhidlərimizin ruhuu ehtiramla bir daha yad etmiş olurlar. Nizamikənd kəndinin sakinləri ilə yanaşı ətraf kəndlərin sakinləri də asudə vaxtlarını maraqlı keçirmək üçün bu parka üz tutur. Sakinlər deyir ki, parkın bu günə qədər belə təmiz və səliqəli saxlanılmasında kənd bələdiyyəsinin və inzibati ərazi nümayəndəliyinin böyük əməyi var. Qeyd edək ki, 2014 – cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizamikənd kəndində yerləşən parkının açılışında iştirak edib..

MUASIRMEDIA/AZ
Yaqub Mehdioğlu Sabirabad