Qadının yanındakı oğlanın adı Məhəmməddir, 31 yaşı var,İraqlıdır.
O, Almaniyaya 7 il əvvəl miqrant kimi gəlib.
Frankfurtda bir neçə aydan sonra şəkildəki Cessika adlı qadınla tanış olur.
Cessika Audi avtomobil fabrikinə 350 milyon dollarlıq sərmayə qoyan böyük bir alman maqnatı idi.
Məhəmməd Cessikanı çox “sevir” və onunla evlənir.
Jurnalist toy günü Məhəmmədə sual verir:
-Necə oldu ki, bu yaşda 75 yaşlı qadınla evlənməyə qərar verdiniz?
Məhəmməd:
-Sevgi sərhəd tanımır. Mən Cessika’nın saf qəlbini sevirəm.
6 il həyatlarını birgə paylaşdıqdan sonra, Cessika vəfat edir.
Məhəmməd ona böyük dəfn mərasimi keçirir. Bir həftə sonra Frankfurtda Məhəmməd həyat yoldaşının vəsiyyəti ilə bağlı bir məktub alır.
Cessika məktubunda:
-Məhəmməd çox xoşbəxtəm ki, ömrümün son günlərini səninlə keçirmişəm, səni heç vaxt unutmayacam, bütün var-dövlətimi xeyriyyə təşkilatlarına bağışlayıram, məni başa düşəcəyinə tam inanıram.
Ümid edirəm ki, özün üçün yaxşı bir iş tapa biləcəksən, özünə yaxşı bax.
Sevgiylə, sənin Cessican…



MUASİRMEDİA.AZ