Azərbaycan Milli Məclisində işarə dili ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb

Cəmiyyət

Hüquqşünas Zaur Quliyev bildirib ki, bu addım eşitmə məhdudiyyətli şəxslərin hüquqlarının daha səmərəli qorunması və onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından vacibdir.
MUASİRMEDİA .AZ xəbər verir ki, Hüquqşünas Zaur Quliyev qeyd edib  indiyə qədər bu kateqoriyadan olan şəxslər dövlət qurumlarında, məhkəmə proseslərində və televiziya yayımında informasiya əldə etməkdə çətinlik çəkirdilər. Qanunvericiliyə ediləcək dəyişikliklər bu maneələrin aradan qaldırılmasına və hüquqi çərçivənin təkmilləşdirilməsinə xidmət edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsinə toxunan Zaur Quliyev vurğulayıb ki, işarə dilinin qanunvericiliyə daxil edilməsi inklüziv cəmiyyət quruculuğunun əsas istiqamətlərindən biri hesab edilir. BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına qoşulan dövlətlər bu sahədə hüquqi baza formalaşdırıb. Onun sözlərinə görə, Azərbaycan da həmin konvensiyanın iştirakçısı kimi işarə dili məsələsini qanunvericiliyə daxil etməklə beynəlxalq öhdəliklərinə uyğun addım atmış olacaq. Hüquqşünasın fikrincə, qanunvericiliyə ediləcək dəyişikliklər dövlət qurumlarında, məhkəmə icraatında və televiziya yayımında işarə dilindən istifadənin genişlənməsinə imkan yaradacaq. Xüsusilə, xəbər proqramlarının və rəsmi çıxışların işarə dili ilə müşayiət olunması bu sahədə əhəmiyyətli irəliləyiş olacaq. Bundan əlavə, təhsil və peşə hazırlığı sahəsində işarə dili üzrə mütəxəssislərin hazırlanması aktual məsələyə çevriləcək. Zaur Quliyev hesab edir ki, işarə dilinin qanunvericiliyə daxil edilməsi hüquqi və sosial zərurətdir. Onun sözlərinə görə, mövcud boşluğun aradan qaldırılması bu sahədə daha effektiv idarəetməyə və inklüziv siyasətlərin həyata keçirilməsinə şərait yaradacaq.

MUASİRMEDİA.AZ
Hüquqşünas Zaur Quliyev 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir