Goranboyda ağır qəza – Ölən və yaralananlar var – Foto

Hadisə

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Belə ki, zamanı “VAZ-2107” və “Pikap” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir neçə nəfər yaralanıb.

Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ