Uşaq yaşda evləndirilən məşhurların siyahısını təqdim edirik

Şou-biznes

13 yaşında zorla evləndirilib, 14 yaşında ana olan məşhurlar… Onlar hər zaman yaşadıqları bu travmadan ağlayaraq danışırlar. Bəziləri isə buna görə intihara da cəhd .

1.Aktrisa Perihan Savaş

O ailə quranda cəmi 13 yaşı olub. Uşaq yaşda gəlin olsa da, 6-7 ay sonra həyat yoldaşından boşanıb.

2.Müğənni Ebru Gündeş.

Məşhurlaşdığı ilk illərdə “Həyatımda sevgilim olmayıb” deyən Ebru Gündeş 16 yaşı olarkən evlənib boşanıb. O 1990-cı ildə Hamdi Vardar ilə ailə qurub. 3 il sonra isə boşanıb.

3.Müğənni Yeliz Yeşilmen

İlk evliliyini 16 yaşında edən Yeliz o vaxtlar nələr yaşadığını ağlayaraq danışıb:

“16 yaşımda atamın istədiyi adamla evləndim. Almaniyaya köçdüm. 3 gün içində tanımadığım adamla evləndirildim. Bu həyatımın ən böyük travması idi. İntihara belə təşəbbüs etdim”.

4.Müğənni Safiye Soyman.

O ilk həyat yoldaşı Ziya Akarözlə hələ 13 yaşı olanda ailə qurub. 14 yaşında isə ana olub. Həyatı çətinliklərlə keçsə də 11 il sonra Ziya Akarözdən boşanıb və öz karyerasını qurub.

5.Müğənni Hülya Avşar.

Sənətçi ilk həyat yoldaşı Mehmet Tecirli ilə evlənəndə 16 yaşında olub. Lakin Mehmet Hülyaya xəyanət edəndən sonra onlar boşanıblar.

6.Müğənni Hande Yener.

16 yaşında Uğur Kulaçoğlu ilə ailə quran sənətçi 17 yaşında oğlu Çağın Kulaçoğlunu dünyaya gətirib.

7.Aktrisa Ahu Tuğba.

Mərhum aktrisa Ahu Tuğba 13 yaşında olarkən Mehmet Ulusoyla ailə qurub.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir