ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi Türkan Yusibovaya həvalə edilib.

Baş səhifə ölkə

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.

Peşəkar fəaliyyətə 2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Beynəlxalq “Layihə menecmenti peşəkarı” (PMP) və “Proqram menecmenti peşəkarı” (PgMP) sertifikatlarına sahibdir.

“Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.