Vaxtilə Avropa Osmanlıdan qorunmaq üçün Rusiyaya dəstək verdi, onu o qədər şişirtdi ki, Rusiya öz tarixi torpaqlarının sərhəddini on dəfələrlə aşıb dünyaya meydan oxudu.
İndi tarix əks istiqamətdə təkrarlanır. ABŞ-ın müdafiəsindən məhrum olan Avropanın onu Rusiyadan qoruması üçün Türkiyəyə ehtiyacı var.
Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya arasında ər-Riyad danışıqları getdiyi vaxtda Ankaraya səfər etməsi təsadüfi deyil.
Türkiyə Rusiyaya qarşı duruşunu pafoslu bəyanatlarla, bəlağətli diskursla deyil, gerçək əməldə – Qarabağda, Suriyada, Liviyada sərgiləyib. Sonucları göz önündədir.
Putinin güclənməsinin təkcə Ukrayna deyil, bütün Avropa, o cümlədən Türkiyə və türk dünyası üçün nələr vəd etdiyini Türkiyə cumhurbaşqanı hamıdan gözəl anlayır.
Ərdoğan və Zelenskinin siyasi iradəsinin tarixin gedişatını dəyişmək, azğınlaşmış Putin rejimini durdurmaq potensialına inanıram. Avropanın siyasi, maddi və hərbi dəstəyi ilə bunu bacaracaqlarını düşünürəm.
MUASİRMEDİA.AZ