Cəmiyyətin parlaq gələcəyi məhz müəllimin əlindədir

Təhsil
Dünyada mövcud olan bütün peşələr gərəklidir, aid olduğu sahəyə görə özəllikləri var, hər biri öz nəcibliyi, gözəlliyi ilə seçilir, lakin müəllim peşəsi bütün peşələrin, sənətlərin fövqündə dayanır, desəm yəqinki səhv etmərəm. Ona görə ki, gərəkli, vacib dediyimiz bütün peşələrin adamını yetişdirən məhz müəllimdir – həkimi də, mühəndisi də, iqtisadçını da, alimi də, elə müəllimin özünü də. Deməli, müəllim cəmiyyətin aparıcı qüvvəsidir. O, xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə malik, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirən insandır. Cəmiyyətin parlaq gələcəyi məhz müəllimin əlindədir.
Əzizim İLHAM MÜƏLLİM səni bu gənc yaşında kəndimizin (Borçalı mahalı Kəpənəkçi kəndi) böyük ziyalılar, dünya şöhrətli alimlər, dahi şəxsiyyətlər, elm xadimləri yetirən Rəşid Hacallı adına orta məktəbinin direktoru təyin edilməyin münasibətilə ürəkdən təbrik edir bu çətin və şərəfli işində sənə daim uğurlar arzu edirəm. İnanıram ki, səndən öncə bu məktəbə rəhbərlik etmiş böyük şəxsiyyətlərin ənənəsini davam etdirəcəksən, sənə yüksək səviyyədə göstərilmiş bu etimadı doğruldacaqsan, gənc nəslin formalaşmasında, yüksək səviyyəli təhsil almasında böyük fədakarlıq göstərəcəksən və bu yolda əlindən gələni əsirgəməyəcəksən.

MUASİRMEDİA.AZ
ELŞAD İSAYEV

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir