İmişli rayonunda Festival keçirilib

ölkə

2025-ci ilin ilk Aqrar Biznes Festivalı İmişli rayonunda keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər. Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir