Britaniyanın Baş naziri Zelenskini dəstəklədi

Siyasət

öyük Britaniyanın Baş naziri Key Starmer Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında münaqişə fonunda birincini dəstəkləyib.

Key Starmer bu gün Zelenskiyə zəng edərək ona öz dəstəyini ifadə edib.

Starmer Ukrayna prezidenti ilə söhbətində hər kəsin bir-biri ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb. Baş nazir Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəkləyib və döyüşlər zamanı seçkilərin təxirə salınmasını ağlabatan adlandırıb

Britaniya hökumətinin başçısı ABŞ-ın Ukraynada uzunmüddətli sülhə nail olmaq səylərini də dəstəklədiyini bildirib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir